Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında ilk turun son oyunu keçiriləcək
19
avq
2019
08:03
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında ilk turun son oyunu keçiriləcək.BAKU.WS "report"a istinadən xəbər verir ki, "Nefrçi" "Bakcell Arena"da "Sabah" komandasını sınağa çəkəcək.Yay fasiləsində hər iki komanda heyətini yeni futbolçularla gücləndirib. "Qəbələ"dəb Voislav Stankoviç, Stiven Monroz və Rauf Əliyevi transfer edib Dario Frederikonu geri qaytaran flaqman Avropa Liqasında III təsnifat mərhələsinədək irəliləyə bilib."Sabah" isə 11 futbolçu - Cavid Tağıyev ("Sumqayıt"), Kevin Kubemba ("Səbail"), Ruslan Abışov, Məhəmməd Mirzəbəyov (hər ikisi "Neftçi"), Bəhlul Mustafazadə ("Qəbələ"), Amadu Diallo (“Red Star”, Fransa), Hendrik Eksteyn ("Kayzer Çifs", Cənubi Afrika Respublikası), Abbas Ağazadə (MOİK), Anar Panayev ("Anji", Rusiya), Oleq Karnaux ("Tavriya", Ukrayna), Ulisse Diallonu transfer edib.Qeyd edək ki, ilk 3 oyunda "Keşlə" evdə "Qarabağ"a, "Zirə" səfərdə "Səbail"ə 0:1, "Qəbələ" öz meydanında "Sumqayıt"a 0:2 hesabı ilə uduzub.Azərbaycan Premyer Liqası, I tur19 avqust (bazar ertəsi)20:00. “Neftçi” – “Sabah”Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Nicat İsmayıllıHakim-inspektor: Anar SalmanovAFFA nümayəndəsi: Məmmədəli Məmmədov“Bakcell Arena”.
Oxşar xəbərlər
Neftçi” xal itirib, “Qarabağ” liderə çatıb
Futbol üzrə Azərbaycan Premyer Liqasında XXI turun son oyunu keçirilib."Neftçi" "Bakcell Arena"da "Qəbələ"ni qəbul edib. Qarşılaşmada qalib müəyyənləşməyib - 1:...