Bu gün "Formula 1" üzrə Azərbaycan Qran-prisində ikinci günə start veriləcək
Bakıda təşkil olunan "Formula 1" üzrə Azərbaycan Qran-prisində ikinci günə bu gün start veriləcək.
BAKU.WS xəbər verir ki, ilk olaraq "Formula 2"də sprint yarışı keçiriləcək.
Daha sonra "Formula 1"də üçüncü sərbəst yürüş gerçəkləşəcək.
Ardınca iki dərəcəli pilotların ilk əsas yarışı, "Formula 1"də isə sıralama turu baş tutacaq.
Azərbaycan Qran-prisində ikinci günün proqramı
25 sentyabr
08:15. "Formula 2": Sprint yarışı
12:30. "Formula 1": Üçüncü sərbəst yürüş
14:15. "Formula 2": Birinci əsas yarış
16:00. "Formula 1": Sıralama turu
Qeyd edək ki, Bakıdakı Qran-pri sentyabrın 26-da başa çatacaq.
Oxşar xəbərlər
"Formula 2" üzrə Azərbaycan Qran-prisində sprint yarışı başlayıb
"Formula 2" üzrə Azərbaycan Qran-prisində sprint yarışı başlayıb. BAKU.WS xəbər verir ki, mübarizəyə saat 08:15-də start verilib. Bu gün ikinci dərəcəli pilotla...