Bruno Fernandeş Ueyn Runini geridə qoyaraq "M.Y."nun tarixinə düşdü

Bruno Fernandeş Runini geridə qoyub Premyer Liqada penaltidən qol vurmaqda "Mançester Yunayted"in yeni rekordunu müəyyənləşdirib.
BAKU.WS xəbər verir ki, İngiltərə Premyer Liqasının 16-cı turunda "Mançester Siti" ilə matçda penaltidən qol vuran "Mançester Yunayted"in yarımmüdafiəçisi Bruno Fernandeş 11 metrlik məsafədən vurduğu qollara görə turnirin klub rekorduna imza atıb.
Beləliklə, portuqaliyalı Premyer Liqa matçlarında klub üçün 25 zərbədən 21-ni penaltiyə çevirib. Fernandes 28 cəhdlə Mançester Yunaytedin heyətində 20 penalti vuran "Mançester Yunayted"in əfsanəsi Ueyn Runini geridə qoyub.
Xatırladaq ki, "Mançester Yunayted" 16 matçda 22 xal toplayıb və İngiltərə Premyer Liqasının turnir cədvəlində 13-cü pillədə qərarlaşıb.

Oxşar xəbərlər
Mikayıl Cabbarov Avropa çempionatında uğur qazanmış güləşçilər və onların məşqçiləri ilə görüşüb
Azərbaycan Güləş Federasiyasının prezidenti Mikayıl Cabbarov Slovakiyanın paytaxtı Bratislavada keçirilən Avropa çempionatında uğur qazanmış güləşçilər və onlar...