Britaniya və Avstraliya da Pekin Qış Olimpiya Oyunlarını boykot edir?

Britaniya və Avstraliya da Pekin Qış Olimpiya Oyunlarını boykot edir?
İdman 56

ABŞ-ın ardınca Böyük Britaniyanın baş naziri Boris Conson və Avstraliyanın baş naziri Skot Morisson Pekin Qış Olimpiya oyunlarını diplomatik boykot edəcəklərini açıqlayıblar.

BAKU.WS "Deutsche Welle"yə istinadən xəbər verir ki, hər iki ölkənin baş naziri Çinin insan haqlarını kobud formada pozduğu üçün Olimpiya oyunlarına dövlət rəsmiləri göndərməyəcəklərini bildiriblər.

Çinin Xarici İşlər Nazirliyindən buna cavab olaraq qeyd olunub ki, heç kim Avstraliya rəsmilərindən kiminsə açılış mərasimində iştirak etməməsindən "narahat deyil".

Birləşmiş Krallığın baş naziri Conson onu da əlavə edib ki, Böyük Britaniya Pekin Qış Olimpiya Oyunlarını effektiv şəkildə boykot edəcək.

Qeyd edək ki, Pekin Qış Olimpiya Oyunları gələn il keçiriləcək.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər