Braziliyada Pelenin məqbərəsi açılıb
Yeniliklərdən dərhal xəbərdar olun
Mayın 15-də futbol üzrə üçqat dünya çempionunun dəfn olunduğu qəbiristanlıqda əfsanəvi futbolçu Pelenin memorialı ziyarətçilərin üzünə açılıb.
BAKU.WS xarici mətbuata istinadən xəbər verir ki, bu barədə nekropolun saytında məlumat verilib.
Məqbərəni həftə içi saat 9-dan 12-yə qədər və 14-dən 18-ə qədər ziyarət etmək mümkündür.
Futbolçunun nəşi olan tabut onun əvvəllər özünün seçdiyi "Ekumenika" nekropolunun ərazisindəki xüsusi məqbərədə quraşdırılıb.
Tikili dünyanın ən hündür şaquli qəbiristanlığı kimi Ginnesin Rekordlar Kitabına daxil edilib.
Xatırladaq ki, Pele ötən il dekabrın 29-da 82 yaşında özəl klinikada vəfat edib. Onun ölümündən sonra Brazilyada 3 günlük matəm elan olunub.
O, tarixdə yeganə üçqat dünya çempionudur. Beynəlxalq Futbol Federasiyası tərəfindən 20-ci əsrin ən yaxşı oyunçusu kimi tanınıb.
Oxşar xəbərlər
Bu stadion Pelenin adını daşıyacaq - FOTO
Braziliyalı əfsanəvi futbolçu, üçqat dünya çempionu Pelenin (Edson Arantes do Nascimento) adının Kolumbiyadakı stadionlardan birinə verilməsi qərara alınıb. BAK...