Neymar: “Peleyə kimi futbol sadəcə idman idi” - FOTO

Neymar: “Peleyə kimi futbol sadəcə idman idi” - FOTO
Foto
İdman 105

Braziliya millisinin və PSJ futbol klubunun hücumçusu Neymar vəfat edən Pele ilə bağlı paylaşım edib.

BAKU.WS-in məlumatına görə, o instaqram hesabında Pele ilə birgə fotolarını yayımlayaraq bildirib ki, əfsanəvi futbolçuya qədər onun üçün futbol sadəcə idman olub:

"Peledən əvvəl deyərdim ki, "10" sadəcə bir rəqəm idi. Bu ifadəni həyatımın bir hissəsində, haradasa oxumuşdum. Amma indi bu gözəl ifadə yarımçıqdır. Pele hər şeyi dəyişdi. Futbolu sənətə, əyləncəyə çevirdi. O getdi, amma sehri qalacaq. Pele əbədidir".

Xatırladaq ki, braziliyalı əfsanəvi futbolçu Pele dekabrın 29-da San-Paulu klinikasında 82 yaşında vəfat edib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər