"Beşiktaş" ilin bombasını partladır! - Superliqaya daha bir ulduz məşqçi gəlir
Yeniliklərdən dərhal xəbərdar olun
Bir müddətdir ki, bir neçə məşqçi ilə görüşən "Beşiktaş" rəhbərliyi indi yeni çalışdırıcısı üçün gün sayır.
BAKU.WS Türkiyə mətbuatına istinadən xəbər verir ki, İstanbul təmsilçisinin rəhbərliyi dünyaca məşhur məşqçi ilə görüşlər keçirib.
Məlumata görə, Superliqa mövsümünü Türkiyə kuboku ilə başa vuran "Beşiktaş" gələn mövsüm avrokuboklarda mübarizə aparacaq.
Məşqçi axtarışında olan "Beşiktaş" Razvan Luçeskudan da müsbət cavab ala bilməyib. Klub tərəfindən bundan sonra üç məşqçi ilə əlaqə saxlanılıb.
Onların Slaven Bilic, Covanni van Bronkorst və Ole Qunnar Solskyar olduğu deyilir. Hər üç məşqçi "Beşiktaş"ı çalışdırmağa hazır olduqlarını bildirib.
Rəhbərlik bu üç məşqçi arasında hollandiyalı məşqçi Covanni Vanı prioritet hesab edir.
"Beşiktaş"ın prioriteti əcnəbi məşqçi olsa da, gedişatdan aslı olaraq Sergen Yalçınla masa arxasına oturacaqlar.
İstanbul nəhənginin Maurisio Poçettino və Xavi Hernandeslə də təmaslard olduğu bildirilir. "Beşiktaş" rəhbərliyi hər ikisi ilə görüş keçirib.
Qeyd edək ki, bundan əvvəl "Beşiktaş"ın Fatih terimlə danışqlar apardığı deyilirdi.
Oxşar xəbərlər
Konfrans Liqası: "Neftçi" Avrokuboklarda mübarizəsini dayandırdı - YENİLƏNİB-6
“Neftçi” UEFA Konfrans Liqasının III təsnifat mərhələsində cavab oyununu keçirib. Azərbaycan təmsilçisi İstanbulda Türkiyə klubu “Beşiktaş”ın qonağı olub. Bakıd...