Bellinqem Ronaldonun "Real Madrid"dəki rekordunu qırdı
27
noy
2023
18:28
İspaniya nəhəngi "Real Madrid"in futbolçusu Cud Bellinqem daha bir rekorda imza atıb.
BAKU.WS xarici mətbuata istinadən xəbər verir ki, o, buna "Kadiz"lə matçda (3:0) fərqlənməklə nail olub.
İngiltərəli futbolçu "Real"ın heyətində 14 matçda 15 qol vuran ilk futbolçudur.
Daha əvvəl bu rekord Kriştiano Ronaldo və argentinalı Alfredo Di Stefanoya məxsus idi.
Xatırladaq ki, 20 yaşlı Bellinqhem ötən yay transfer pəncərəsində Dortmund "Borussiya"sından "Real Madrid"ə transfer olmub. Onun "kral klubu" ilə müqaviləsi 2029-cu ilin yayına qədərdir.
Oxşar xəbərlər
Bakı mundialını fərqləndirən 13 rekord
Bakıda keçirilən atıcılıq üzrə 53-cü dünya çempionatı sona çatmaq üzrədir. Gərgin mübarizə şəraitində keçən mundialı maraqlı edən məqamlardan biri də rekordlard...