Bellinqem Ardanı "Golden Boy"a namizəd göstərdi
Yeniliklərdən dərhal xəbərdar olun
İspaniyanın "Real Madrid" klubunun futbolçusu Cud Bellinqem İtaliyanın "Tuttosport" qəzeti tərəfindən verilən "Golden Boy" mükafatını alıb.
BAKU.WS xarici mətbuata istinadən xəbər verir ki, futbolçu mükafata görə ailəsinə və bütün "Real Madrid" azarkeşlərinə təşəkkür edib.
Bellinqem növbəti "Golden Boy" mükafatına namizədləri də açıqlayıb.
O, çıxışı zamanı Arda Güler haqqında da danışıb.
İngiltərəli yarımmüdafiəçi Arda Gülerin növbəti mükafatı qazana biləcəyini bildirib:
"Üç ad çəkəcəyəm. Birincisi fenomen Arda Gülerdir. Onu məşqdə görürük və ondan çox razıyıq. Sonra "Dortmund"dan keçmiş komanda yoldaşım Ceymi Bynoe-Gittens var. Üçüncüsü qardaşım Cobe Bellinqem".
Oxşar xəbərlər
Bellinqem Ronaldonun "Real Madrid"dəki rekordunu qırdı
İspaniya nəhəngi "Real Madrid"in futbolçusu Cud Bellinqem daha bir rekorda imza atıb. BAKU.WS xarici mətbuata istinadən xəbər verir ki, o, buna "Kadiz"lə matçda...