Tomas Tuxel barmağını sındırıb
Yeniliklərdən dərhal xəbərdar olun
"Bayern"nın baş məşqçisi Tomas Tuxel Romada "Latsio" ilə Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyunu öncəsi soyunub-geyinmə otağında barmağını sındırıb.
BAKU.WS xarici mediaya istinadən xəbər verir ki, bu barədə mütəxəssis oyunsonrası mətbuat konfransında jurnalistlərə açıqlama verib.
Onun sözlərinə görə, matça hazırlıq zamanı futbolçuları motivasiya edən zaman zədələnib.
Qeyd edək ki, 1/8 finalın cavab matçında "Bayern" "Latsio"nu 3:0 hesabı ilə məğlub edib.
Görüşdə dubla imza atan Tomas Müller və Harri Keyn fərqlənməyi bacarıb.
Oxşar xəbərlər
Tomas Tuxel: "Qalatasaray"ın 17 oyunluq məğlubiyyətsizlik seriyasına son qoymaq istəyirik"
Almaniyanın "Bayern" (Münhen) klubunun baş məşqçisi Tomas Tuxel bu gün Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində "Qalatasaray" klubuna qarşı matçdan əvvə...