“Bayer 04” “Qarabağ”la oyunöncəsi Bakıda məşq etməyəcək
Yeniliklərdən dərhal xəbərdar olun
Almaniyanın “Bayer 04” komandası UEFA Avropa Liqasının qrup mərhələsində “Qarabağ”la oyunöncəsi Bakıda məşq etməyəcək.
BAKU.WS report-a istinadən xəbər verir ki, Leverkuzen təmsilçisi bununla bağlı UEFA-dan xüsusi icazə alıb.
Xabi Alonsonun baş məşqçisi olduğu komanda noyabrın 8-də gecə saatlarında Bakıda olacaq. İspaniyalı mütəxəssisin mətbuat konfransı da təşkil olunmayacaq.
“Qarabağ”ın son məşqi isə həmin gün saat 17:30-da qarşılaşmanın gerçəkləşəcəyi Tofiq Bəhramov adına Respublika stadionunda başlayacaq. Bundan yarım saat əvvəl baş məşqçi Qurban Qurbanov media nümayəndələri önünə çıxacaq.
Qeyd edək ki, noyabrın 9-da keçiriləcək “Qarabağ” – “Bayer 04” matçı saat 21:45-də start götürəcək.
Oxşar xəbərlər
UEFA Avropa Liqası: "Qarabağ" Almaniya səfərindən məğlubiyyətlə ayrılır - YENİLƏNİB - 9
"Bayer" - "Qarabağ" oyunu 5-1 hesabı ilə yekunlaşıb. ***00:31 "Bayer" oyunda 5-ci qolu vurub. ***00:12 Almaniyada yerli "Bayer 04" və "Qarabağ" komandaları ar...