"Barselona"nın sabiq futbolçusu saxlanıldı - SƏBƏB - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
"Barselona" və "Beşiktaş" klublarının sabiq futbolçusu Duqlas Pereyra Dos Santos Braziliyada saxlanılıb.
BAKU.WS xarici mətbuata istinadən xəbər verir ki, hazırda klubsuz olan 33 yaşlı müdafiəçi ictimai yerdə atəş açdığı üçün tutulub.
Məlumata görə, Santos sərxoş halda dayanacaqda bir qrup şəxslə mübahisə etməyə başlayıb.
Mühafizəçi futbolçunun getməsini istəyəndə futbolçu silahdan havaya atəş açıb.
Oyunçunun silahı kolluqlara atılmış vəziyyətdə torbada aşkar edilib.
Qeyd edək ki, müdafiəçi 26 avqust 2014-cü ildə 4 milyon avroya "Barselona"ya transfer olub. 2015-2016 mövsümündə kifayət qədər performans göstərə bilməyən Duqlas cəmi 3 matça çıxıb və mövsümün sonunda icarəyə verilib.
27 iyul 2019-cu ildə "Beşiktaş"la 3 illik müqavilə imzalayıb. 1 iyul 2022-ci ildə onun klubla müqaviləsi başa çatıb.
Qalereya
Oxşar xəbərlər
"Qızıl top"u heç vaxt ala bilməyən futbol ulduzları - Bekhem, Lempard, İnyesta...
"France Football" nəşrinin təsis etdiyi "Qızıl top" mükafatının bu mövsüm qalibi "Real"ın və Fransa millisinin üzvü Kərim Benzema olub. Ancaq futbol dünyasının...