"Barselona”nın Avropa Liqasında növbəti rəqibi bilindi

Barselona”nın Avropa Liqasında növbəti rəqibi bilindi
İdman 157

Avropa Liqasında 1/4, 1/2 və final mərhələlərinin püşkü atılıb.

BAKU.WS-in Apasport.az-a istinadla məlumatına görə, tədbir İsveçrənin Nyon şəhərində keçirilib.

Qitənin ikinci dərəcəli klub turnirinin mövsümdəki son püşkatmasında öncə 1/4 final cütləri müəyyənləşib. 1/8 final səddini adlayanlar 4 cütlük təşkil edib. 1/4 final matçları aprelin 7-də və 14-də təşkil olunacaq.

Ardınca yarımfinalın mümkün cütləri müəyyənləşib. İspaniyanın Sevilya şəhərindəki finalın nominal meydan sahibi də bəlli olub. Yarımfinal aprelin 28-də və mayın 5-də, final mayın 18-də keçiriləcək.

Avropa Liqası1/4 final1. “Leypsiq” (Almaniya) - “Atalanta” (İtaliya)2. “Ayntraxt” (Almaniya) - “Barselona” (İspaniya)3. “Vest Hem” (İngiltərə) - “Lion” (Fransa)4. “Braqa” (Portuqaliya) - “Reyncers” (Şotlandiya)

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər