"Barselona" "Qalatasaray"a rəqib oldu

UEFA Avropa Liqasında 1/8 final mərhələsinin püşkatma mərasimi keçirilib.
BAKU.WS Report-a istinadən xəbər verir ki, İsveçrənin Nyon şəhərində təşkil olunan tədbirdə Türkiyə "Qalatasaray"ının da rəqibi müəyyənləşib.
İstanbul təmsilçisi bu raundda İspaniyanın "Barselona" klubu ilə qarşılaşacaq. "Sarı-qırmızılar" cavab görüşünü evdə keçirəcək.
Avropa Liqası
1/8 final mərhələsi
"Reyncers" (Şotlandiya) - "Srvena Zvezda" (Serbiya)
"Braqa" (Portuqaliya) - "Monako" (Fransa)
"Portu" (Portuqaliya) - "Lion" (Fransa)
"Atalanta" (İtaliya) - "Bayer" (Leverkuzen, Almaniya)
"Sevilya" (İspaniya) - "Vest Hem" (İngiltərə)
"Barselona" (İspaniya) - "Qalatasaray" (Türkiyə)
"Leyptsiq" (Almaniya) - "Spartak" (Moskva, Rusiya)
"Betis" (İspaniya) - "Ayntraxt" (Frankfurt, Almaniya)
Qeyd edək ki, ilk matçlar martın 10-da, cavab görüşləri martın 17-də olacaq.

Oxşar xəbərlər
Avropa Liqası: Daha 2 komanda 1/8 finalda, Emrelinin komandası qrupda qaldı
UEFA Avropa Liqasının qrup mərhələsində sonuncu - VI tura start verilib. BAKU.WS "Report"a istinadən xəbər verir ki, nəzərdə tutulan 16 oyundan səkkizi artıq ye...