"Barselona" London klublarından futbolçular transfer etdi - VİDEO

Barselona London klublarından futbolçular transfer etdi - VİDEO
Video
İdman 110

İspaniyanın "Barselona" klubu daha bir transferi gerçəkləşdirib.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, Kataloniya klubunun sosial şəbəkə hesabları 31 yaşlı sol cinah müdafiəçisi Markos Alonsonun "Barselona"da ilk məşqinə qatılmasının görüntüsünü paylaşıb. Alonsonun son klubu İngiltərənin "Çelsi" klubu olub.

Həmçinin, "Barselona" daha bir İngiltərə və London klubundan cinah müdafiəçisini heyətinə qatıb. Bu, "Arsenal"la yollarını ayırmış 27 yaşlı sağ cinah müdafiəçisi Ektor Belyerindir.

Qeyd edək ki, Ektor Belyerin "Barselona"nın yetirməsi olsa da, Markos Alonso əzəli rəqib olan Madrid "Real"ında futbolun sirlərinə yiyələnib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Son xəbərlər