Bakının məşhur stadionunda YENİLİK
Yeniliklərdən dərhal xəbərdar olun
Binə qəsəbə stadionunda bir sıra dəyişikliklər həyata keçiriləcək.
BAKU.WS xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidmətindən məlumat verilib.
Stadionda ehtiyat oyunçular skamyası, paltardəyişmə otağının mebelləri yenilənəcək. Həmçinin xırda kosmetik dəyişikliklər də gözlənilir. Böyük təmir işləri isə nəzərdə tutulmayıb.
Stadionda artıq oyunların keçirildiyi nəzərə çatdırılıb. Bununla yanaşı müqaviləsi olan bəzi klubların hələ meydandan istifadə etmədiyi vurğulanıb.
Əvəzedicilərdən "Araz-Naxçıvan-2", "Zirə-2", "Qarabağ-2"nin, I Liqa təmsilçilərindən MOİK və "Baku Sportinq"in, II Liqadan "Dinamo"nun, həmçinin "Qarabağ"ın 19 yaşadək futbolçulardan ibarət komandasının müqaviləsi olsa da hələ ki, stadionda oyun keçirməyib.
Qeyd edək ki, bir müddət öncə AFFA tərəfindən yenilənən Binə stadionunun süni ot örtüyünün "FIFA Quality Pro" sertifikatına uyğunluğu təsdiqlənib.
Oxşar xəbərlər
Beynəlxalq şahmat festivalının qalibi Murad İbrahimli: "Son tur xüsusilə çətin keçdi"
"Azərbaycan Şahmat Turu" çərçivəsində keçirilən "Shirvan Open 2026" beynəlxalq şahmat festivalının qalibi Murad İbrahimli üçün son tur çox çətin keçib. BAKU.WS...