Bakıda atletika üzrə ölkə birinciliyinə start verilib
Yeniliklərdən dərhal xəbərdar olun
Bakıda 2010/2011-ci il təvəllüdlü idmançılar arasında atletika üzrə ölkə birinciliyinə start verilib.
BAKU.WS xəbər verir ki, Gənclər və İdman Nazirliyi və Azərbaycan Atletika Federasiyasının (AAF) təşkilatçılığı ilə keçirilən yarışın açılış mərasimində çıxış edən AAF vitse-prezidenti Könül Nurullayeva və Gənclər və İdman Nazirliyinin sektor müdiri Sevda Mirzəyeva iştirakçılara uğurlar arzulayıblar.
Yarışda paytaxt təmsilçiləri ilə yanaşı, Gəncə, Naxçıvan, Mingəçevir, İsmayıllı, Xızı, Quba, Xaçmaz, Astara və Bərdədən olan 170-dən çox atlet mübarizə aparır.
Ölkə birinciliyində müxtəlif məsafələrə qaçış, uzunluğa tullanma, hündürlüyə tullanma, çəkic atma, lövhə atma, nizə atma və nüvə itələmə üzrə bu yaş kateqoriyalarında ən güclülər müəyyənləşəcək.
Azərbaycan İdman Akademiyasının stadion kompleksi və AAF-ın Atma növləri üzrə bazasında keçirilən yarış 2 gün davam edəcək.
Qalereya
Oxşar xəbərlər
Bakıda cüdo üzrə U-17 yeniyetmələr arasında şəhər birinciliyinə start verilib
Abşeron Olimpiya İdman Kompleksində cüdo üzrə U-17 yeniyetmələr arasında Bakı şəhər birinciliyi start götürüb. Bu barədə BAKU.WS-ə Azərbaycan Cüdo Federasiyasın...