Bakıda deputatların turnirində saxtakarlıq (VİDEO)

Bakıda deputatların turnirində saxtakarlıq (VİDEO)
Video
İdman 2533
Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin 100 illik yubileyinə həsr olunan parlament komandalararası beynəlxalq futbol turnirində saxtakarlığa yol verilib.BAKU.WS sportnet.az-a istinadən xəbər verir ki, komandamız turnirin qalibi olduğu final matçında 5 veteran futbolçunun xidmətindən yararlanıb. Bunlar Musa Qurbanov, Hüseyn Məhəmmədov, Əli Abışov, Mehman Yunusov və Vasif Haqvardiyevdir. Üstəlik, futbolçular meydana arxalarında deputatların soyadı yazılmış formalarla çıxıblar. Məsələn, Mehman Yunusov arxasında "R.Mahmudov" yazılmış forma ilə oynayıb. Həmin forma isə deputat Rəşad Mahmudova məxsus olub. Qeyd edək ki, Azərbaycan komandası finalda Ukraynaya 2:1 hesabı ilə qalib gəlib.BAKU.WS
Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Son xəbərlər