Baş məşqçi azərbaycanlı jurnalistlərə qışqırdı: "Dayanın, bu nə bazardır?" (VİDEO)

Baş məşqçi azərbaycanlı jurnalistlərə qışqırdı: Dayanın, bu nə bazardır? (VİDEO)
Video
İdman 1377
 

UEFA Avropa Liqasının qrup mərhələsində "Qəbələ" ilə qarşılaşan "Sent-Etyen"in baş məşqçisi Kristof Qaltye oyundan sonra keçirilən mətbuat konfransını yarımçıq tərk edib.

BAKU.WS-in "qafqazinfo"ya istinadən verdiyi məlumata görə, konfrans zalında səs-küyün yaranması fransalı çalışdırıcını özündən çıxarıb. 

"Stop" deyərək etirazını bildirən Qaltye zalı tərk edib.

Apasport.az isə xəbər verir ki, baş məşqçinin zalı tərk etməsinə səbəb operatorların vaxtından tez kameralarını yığması olub. Belə ki, Qaltye sualı cavablandırarkən, azərbaycanlı operatorlar konfransın bitməsini gözləməyiblər.

Bu isə fransız çalışdırıcını xeyli qəzəbləndirib. Etirazını çılğın şəkildə, qışqıraraq bildirən Qaltye "Dayanın, konfrans bitməyib. Bu nə bazardı?" deyərək, zalı tərk edib.

BAKU.WS

Oxşar xəbərlər

Son xəbərlər