Ronaldo jurnalistə qəzəbləndi, mətbuat konfransını tərk etdi (VİDEO)
UEFA Çempionlar Liqasında "Roma" ilə qarşılaşacaq "Real Madrid"də gərgin anlar yaşanıb.
BAKU.WS-in məlumatına görə, dünən axşam saatlarında baş tutan mətbuat konfransında Kriştiano Ronaldo jurnalistlərin sualını cavablandırıb. Ulduz oyunçu ona verilən suallardan birinə əsəbləşərək mətbuat konfransını yarıdı tərk edib.
Messinin "Barselona" - "Selto Viqo" matçında vurduğu penalti ilə bağlı suala cavab verən Ronaldo bunları deyib: "Messinin penaltını niyə pas verərək istifadə etdiyini bilirəm, ancaq bu mövzuda danışmayacağam. Siz istədiyiniz şəkildə düşünüb yaza bilərsiniz".
Bir jurnalistin "Səfər oyunlarında daha az qol atırsan" sözlərinə qəzəblənən futbolçu əsəblərinə hakim ola bilməyib: "İspaniyada forma geydiyim gündən bu yana səfər oyunlarında mənim qədər qol atan bir ad söyləyin. Yalnız bir ad söyləyə bilərsən. Başqa heç kimin adını çəkə bilməzsən".
Ronaldo jurnalistlərə sərt cavab verdikdən sonra salondan ayrılıb.
Şahin Həbibov
BAKU.WS
Oxşar xəbərlər
Çempionlar Liqasında “Roma” - “Real Madrid”lə üz-üzə gələcək
Bu gün UEFA Çempionlar Liqasında səkkizdəbir final mərhələsinin növbəti iki oyunu keçiriləcək. BAKU.WS-in məlumatına görə, günün mərkəzi qarşılaşması İtaliya p...