Azərbaycanlı futbolçu 1 milyondan imtina etdi

Azərbaycanlı futbolçu 1 milyondan imtina etdi
İdman 1517
Türkiyə 2-ci liqasında mübarizə aparan “Karşıyaka” klubu vaxtilə bu komandanın şərəfini qorumuş Azərbaycan millisinin sabiq üzvü Mahir Şükürova olan borcu ilə bağlı sabiq müdafiəçi ilə anlaşıb.BAKU.WS-in məlumatına görə, bu barədə məlumatı Türkiyə mətbuatı yayıb. Klubun vitse-prezidenti Gökhan Şensan 1,5 milyon lirə (təxminən 675 min manat) borclu olduqları Mahir Şükürovla danışaraq, anlaşdıqlarını deyib:“Biz ona 500 min lirə ödəyərək, bu axşam bitəcək xal silmə cəzasının qarşısını aldıq. Mahir Şükürova xoş niyyətinə görə təşəkkür edir, bundan sonrakı idman həyatında uğurlar arzulayırıq”.Xatırladaq ki, Mahir 2014/15 mövsümündə “Karşıyaka”nın uğurları üçün çalışmış, burda keçirdiyi 20 oyunda 2 qol vurmuşdu.İmanBAKU.WS
Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər