Azərbaycanda futbolun inkişafı ilə bağlı dövlət proqramı hazırlanır

Azərbaycanda futbolun inkişafı ilə bağlı dövlət proqramı hazırlanır
İdman 1140
“Qarabağ” bütün Azərbaycan xalqını sevindirib. Bəzi matçlarda məğlubiyyət olsa belə, çıxışını gözəl qiymətləndirirəm”.BAKU.WS-in Apasport.az-a istinadən məlumatına görə, bunu gənclər və idman naziri Azad Rəhimov Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında (ADBTİA) 2017-ci ilin idman yekunlarına həsr olunmuş mərasimdə deyib.Rəhimov “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov haqda xoş sözlər söyləyib. O, gənc mütəxəssisin yığmanın “sükanı arxası”na keçməsindən də danışıb: “Qurban Qurbanov yüksək peşəkarlıq göstərdi və azarkeşlərə inam bağışladı. Baxmayaraq ki, “Qarabağ”ın büdcəsi rəqibləri ilə müqayisədə qat-qat aşağıdı”.Nazir futbolun inkişafına dair yeni Dövlət Proqramı hazırlandığını da sözlərinə əlavə edib: “Bununla bağlı iş gedir. Cənab prezidentin tapşırığına əsasən, müasir tələblərə cavab verən proqram hazırlanır. Proqramın 2018 və ya 2019-cu ildə qəbul olunması gözlənilir”.BAKU.WS

Oxşar xəbərlər

2017-ci ilin ən yaxşıları elan edildi (SİYAHI)

2017-ci ilin ən yaxşıları elan edildi (SİYAHI)

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında (ADBTİA) 2017-ci ilin idman yekunlarına həsr olunmuş mərasim keçirilib.“Report” məlumatına görə, ilin...

2859 İdman 13:08 25 dekabr 2017

Son xəbərlər