Azərbaycan Ermənistanı darmadağın etdi - (VİDEO)
Yeniliklərdən dərhal xəbərdar olun
Bolqarıstanda kişi həndbolçular arasında İnkişaf etməkdə olan ölkələrin çempionatı davam edir.
BAKU.WS apasport.az-a istinadən xəbər verir ki, qrup mərhələsində uğursuz çıxış edən Azərbaycan yığması 9-16-cı yerlər uğrunda ilk matçda Ermənistan millisi ilə üz-üzə gəliblər.
Hikmət Abdullayevin yetirmələri rəqiblərini meydana çıxmağa peşman ediblər. İlk hissəni 14 top irəlidə bitirən Azərbaycan yığması yekunda erməniləri 18 top fərqi ilə məğlub edib – 39:21 (21:7).
Bu qələbə komandamızın uğursuzluğunu sığortalamaqla yanaşı, "onluğ”a daxil olmaq üçün də şans yaradıb. Təmsilçimiz növbəti matçında İrlandiya ilə oynayacaq. Görüş sabah keçiriləcək.
BAKU.WS
Oxşar xəbərlər
Azərbaycan yığması Ermənistana rəqib oldu
Bolqarıstanda keçirilən həndbol üzrə İnkişaf etməkdə olan ölkələrin çempionatında qrup mərhələsi oyunları başa çatıb. BAKU.WS "Qafqazinfo”ya istinadən xəbər ve...