Bakı-2017: Azərbaycan millisi ilk qələbəsini qazandı

Bakı-2017: Azərbaycan millisi ilk qələbəsini qazandı
İdman 1743
 

Bakıda keçirilən lV İslam Həmrəyli Oyunlarında futbol üzrə qrup mərhələsinin II turuna yekun vurulub. 

BAKU.WS report.az-a istinadən bildirir ki, son matçda 23 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Səudiyyə Ərəbistanı yığması ilə qarşılaşıb. Matç Yaşar Vahabzadənin rəhbərlik etdiyi kollektivin 2:0 hesablı qalibiyyəti ilə yekunlaşıb. Turnirdə qazandığı ilk qələbə sayəsində xalını 4-ə çatdıran yığma vurulan qollardakı say üstünlüyünə görə 1-i pilləyə yüksəlib.

Qeyd edək ki, A qrupunun digər matçında Kamerun və Mərakeş komandaları heç-heçə ediblər - 1:1.

Bu nəticələrdən sonra Azərbaycanla eyni xala malik Mərakeş yığması ilə 2-ci pillədə yer alıb. Kamerun 2 xalla 3-cü pillədə qərarlaşdığı halda, keçirdiyi hər iki oyunda uduzan Səudiyyə Ərəbistanı qrupdan çıxmaq şansını itirib.

Yaşar Vahabzadənin rəhbərlik etdiyi kollektiv sonuncu turda Mərakeşlə üz-üzə gələcək. Oyun mayın 15-də baş tutacaq.

11 may (cümə axşamı)

Futbol

Qrup mərhələsi, II tur

A qrupu

Azərbaycan - Səudiyyə Ərəbistanı 2:0

Qol: Elşən Abdullayev, 66. Ağabala Ramazanov, 80

"Bayıl Arena"

BAKU.WS

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Azərbaycan millisi İslamiadada ilk xalını qazandı

Azərbaycan millisi İslamiadada ilk xalını qazandı

Bakıdakı "Bayıl Arena”da Azərbaycanın U-23 milli komandası İslam Oyunlarındakı ilk oyununda Kamerun yığmasını qəbul edib. Güclü Kamerun yığmasına qarşı oyunda...

2120 İdman 22:03 08 may 2017

Son xəbərlər