Azərbaycanlı MMA döyüşçüsü ABŞ-də "Urijah Faber"s A1 Combat 27" görüşündə qalib olub

Azərbaycanlı MMA döyüşçüsü ABŞ-də Urijah Fabers A1 Combat 27 görüşündə qalib olub
İdman 35

Azərbaycanlı MMA döyüşçüsü Mirəli Hüseynov ABŞ-nin Kaliforniya ştatının Sakramento şəhərində keçirilən "Urijah Faber"s A1 Combat 27" görüşündə israilli rəqibinə Şimon Smotritskiyə qarşı döyüşdə qalib gəlib.

"Report"un ABŞ bürosu xəbər verir ki, M.Hüseynov texniki nokautla rəqibinə üstünlük əldə edib. ABŞ-də yaşayan həmyerlilərimiz M.Hüseynova yarışın keçirildiyi məkanda Azərbaycan bayraqları ilə dəstək olublar. Bu qələbə onun peşəkar MMA karyerasında 10-cu qələbəsi olub. M.Hüseynov hazırda 10-3-0 rekorduna malikdir.

Qeyd edək ki, M.Hüseynov ABŞ-də yerləşən "American Kickboxing Academy"də (AKA) məşq edir. O, güclü zərbələri və döyüşdəki aqressivliyi ilə tanınır. Bu qələbə ilə M.Hüseynov "A1 Combat" yarımorta çəki titulunu bir daha uğurla müdafiə edib və güclü zərbə potensialını təsdiqləyib.

M.Hüseynov vurğulayıb ki, hədəfi yaxın gələcəkdə UFC-də ("Ultimate Fighting Championship") iştirak etməkdir.

Son xəbərlər