Azərbaycanlı gimnast Moskvada qızları çardağa topladı - VİDEO
03
iyn
2019
16:15
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiyalı qızlar azərbaycanlı idmançı Samirə Mustafayevanın "Hər şey elastikdir" ("Все растяжимо") layihəsində iştirak ediblər. BAKU.WS sputnik.az-a istinadən xəbər verir ki, layihə Moskvadakı "Qaraj" Müasir İncəsənət Muzeyinin çardağında keçirilib.Mustafayeva layihə çərçivəsində çəkilmiş foto və videoları Instagram səhifəsində paylaşıb.Bu dəfə idmançı eksperiment aparıb. Əvvəllər məşqləri parklarda keçsə də, bu dəfə qızları muzeyin çardağına - açıq səma altına toplamaq qərarına gəlib."Bu gecəyə görə sağ olun. Xoşbəxtəm" - Mustafayeva sosial şəbəkə hesabından yazıb.Xatırladaq ki, azərbaycanlı gimnast Samirə Mustafayeva komanda birinciliyində dəfələrlə dünya çempionatının mükafatçısı olub. O, Sankt-Peterburqun mütləq çempionu, Rusiyanın idman ustası, FIG versiyası üzrə dünya səviyyəli gimnastdır. Əvvəllər Azərbaycan, sonra isə Rusiya yığmasının heyətinə daxil olub. 2013-cü ildə öz karyerasını başa vurub və hazırda Moskvada yaşayır. O, gimnastika üzrə müəllimlik edir, qızlara məşqlər keçir.
Qalereya
Oxşar xəbərlər
Miri Yusif Dünya Çempionatının ulduz səfiri seçilib
Azərbaycanın əməkdar artisti, mügənni Miri Yusif bu ilin sentyabr ayında (16-22) Bakıda keçiriləcək bədii gimnastika üzrə Dünya Çempionatının ulduz səfiri seçil...