Azərbaycanın yeniyetmə cüdoçuları Xorvatiyadan Vətənə qayıdıblar - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən dünya çempionatında uğurlu çıxış edən Azərbaycanın yeniyetmə cüdoçuları Vətənə qayıdıblar.
"Report"un məlumatına görə, idmançıları Heydər Əliyev Beynəlxalq Aeroportunda yaxınları, idman ictimaiyyətinin nümayəndələri qarşılayıblar.
Qeyd edək ki, Azərbaycan seçməsi fərdi mübarizəni medal sıralamasında birinci pillədə başa vurub. Nihad Məmişov (50 kq), Xədicə Qədəşova (52 kq) qızıl, Məhəmməd Məmişov (50 kq), Məhəmməd Musayev (60 kq), Əbil Yusubov (66 kq) gümüş, Mirxaliq İskəndərov (55 kq), Süleyman Şükürov (73 kq) və Ramazan Əhmədov (90+) isə bürünc medal əldə ediblər. Yığma komandalararası yarışda isə gümüş medal qazanıb.
Qalereya
Oxşar xəbərlər
Dünya çempionatı: Azərbaycan millisi komandalararası yarışa qələbə ilə başlayıb
Yeniyetmə cüdoçulardan ibarət Azərbaycan millisi Xorvatiyada keçirilən dünya çempionatında komandalararası yarışa qələbə ilə start verib. "Report"un Zaqrebə eza...