Dünya çempionatı: Azərbaycan millisi komandalararası yarışa qələbə ilə başlayıb
Yeniliklərdən dərhal xəbərdar olun
Yeniyetmə cüdoçulardan ibarət Azərbaycan millisi Xorvatiyada keçirilən dünya çempionatında komandalararası yarışa qələbə ilə start verib.
"Report"un Zaqrebə ezam olunmuş əməkdaşı xəbər verir ki, yığma 1/8 finalda Yunanıstana qalib gəlib - 4:1.
Milli növbəti mərhələdə Qazaxıstan - Çin Taypeyi cütünün güclüsü ilə görüşəcək.
Qeyd edək ki, Azərbaycan seçməsi fərdi mübarizəni medal sıralamasında birinci pillədə başa vurub. Nihad Məmişov (50 kq), Xədicə Qədəşova (52 kq) qızıl, Məhəmməd Məmişov (50 kq), Məhəmməd Musayev (60 kq), Əbil Yusubov (66 kq) gümüş, Mirxaliq İskəndərov (55 kq), Süleyman Şükürov (73 kq) və Ramazan Əhmədov (90+) isə bürünc medal əldə ediblər.
Oxşar xəbərlər
Rüstəm Alimli: "Bu cüdoçular Nazim Hüseynov və Elnur Məmmədli kimi olimpiya çempionu olacaqlar"
"İnanıram ki, Nazim Hüseynov və Elnur Məmmədlidən sonra bu cüdoçular da olimpiya çempionu olacaqlar". Bunu "Report"un Zaqrebə ezam olunmuş əməkdaşına açıqlaması...