Azərbaycanın U-21 millisi yoxlama oyununda Belarusla qarşılaşıb
21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi təlim-məşq toplanışı çərçivəsində bu gün yoxlama görüşü keçirib.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, təmsilçimiz Baranoviçi şəhərində bu ölkənin müvafiq yaş qrupundan ibarət kollektivi ilə qarşılaşıb.
Bakı vaxtı ilə saat 20:00-da başlayan görüş rəqibin qələbəsi ilə yekunlaşıb - 3:1.
Yığmanın yeganə qolunu 22-ci dəqiqədə Raul Məmmədov vurub.
Qeyd edək ki, Ayxan Abbasovun baş məşqçisi olduğu U-21 millimiz iyunun 8-də Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda Monteneqronun müvafiq yaş qrupundan ibarət komandası ilə yoldaşlıq görüşü keçirəcək.
Oxşar xəbərlər
Paris-2024: Azərbaycan idmançılarının qazandıqları medallar yenisi ilə əvəz edilib
Azərbaycan idmançılarının Paris-2024 Yay Olimpiya Oyunlarında qazandıqları və sonradan aşılanmaya məruz qalan medallar yenisi ilə əvəz edilib. Milli Olimpiya Ko...