Azərbaycanın U-17 millisi Gürcüstanla bərabərə qalıb
10
iyn
2025
19:42
Qəbələdə təlim-məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası ikinci yoxlama görüşünü keçirib.
BAKU.WS xəbər verir ki, U-17 Gürcüstanın müvafiq yaş qrupundan ibarət kollektivi ilə qarşılaşıb.
Oyun 1:1 hesablı heç-heçə başa çatıb. Millimizin heyətində qolu 26-cı dəqiqədə Səttar Tahirzadə vurub.
Qeyd edək ki, yığma iyunun 6-da Qəbələdə keçirdiyi ilk yoxlama oyununda Qazaxıstan seçməsi üzərində 2:0 hesablı qələbə qazanıb.
Oxşar xəbərlər
Valdas Dambrauskas: "KuPS"la matçda qol fürsətlərini boşa xərclədiyimiz üçün məyusam"
"Sabah"ın baş məşqçisi Valdas Dambrauskas Finlandiya təmsilçisi "KuPS"la matçda qol fürsətlərini boşa xərclədikləri üçün məyusdur. BAKU.WS "Report"a istinadən x...