Azərbaycanın Paris-2024-dəki bayraqdarları bəlli olub

17
iyl
2024
20:01
Azərbaycanın Paris-2024-dəki bayraqdarları bəlli olub.
"Report" xəbər verir ki, bu vəzifəni qadınlardan ibarət cüdo üzrə Azərbaycan millisinin üzvü Gültac Məmmədəliyeva və boksçu Məhəmməd Abdullayev yerinə yetirəcək.
Qeyd edək ki, iyulun 26-dan avqustun 11-dək Parisdə keçiriləcək XXXIII Yay Olimpiya Oyunlarında 48 idmançı 15 idman növü üzrə 17 proqramda Azərbaycanı təmsil edəcək.
Oxşar xəbərlər
Nazir xarici ölkələri təmsil edən azərbaycanlı idmançılardan danışdı: Onlar... - MÜSAHİBƏ
Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbov ölkədə fəaliyyət göstərən dörd böyük informasiya agentliyinə müsahibə verib. “Report” müsahibəni təqdim edir:...