Azərbaycanın MMA döyüşçüsü: "Kəməri əldə edəcəyimə inanıram"

Azərbaycanın MMA döyüşçüsü: Kəməri əldə edəcəyimə inanıram
İdman 165

Kəməri əldə edəcəyimə inanıram.

BAKU.WS xəbər verir ki, bunu report-a açıqlamasında Azərbaycanın MMA döyüşçüsü Vüqar Kərəmov deyib.

O, "Rizin" Döyüş Federasiyasındakı növbəti qarşılaşması haqqında danışıb.

V.Kərəmov "Rizin 49" turnirində braziliyalı rəqibi Roberto Satoşi Souza ilə duelinin önəmli olduğunu söyləyib:

"Bu, kəmər uğrunda görüş olacaq. Kəməri də əldə edəcəyimə inanıram. Özümə inanmadığım gün idmanla vidalaşacağam. İnşallah, kəmər bizim olacaq".

MMA döyüşçüsü rəqibini yaxşı tanıdığını bildirib:

"Onun qarşılaşmalarını daha əvvəl də izləmişəm. Daha çox parterdə mübarizə aparmağa üstünlük verir. Düşünürəm ki, bu görüşdə buna imkan verməməli və ayaqüstə döyüşməliyəm".

Qeyd edək ki, 71 kq çəki dərəcəsindəki döyüş dekabrın 31-də Yaponiyadakı "Saitama Super Arena"da təşkil ediləcək.

Oxşar xəbərlər

Avropa çempionatında gümüş medal qazanan şahmatçılar Vətənə qayıdıb

Avropa çempionatında gümüş medal qazanan şahmatçılar Vətənə qayıdıb

Gürcüstanın Batumi şəhərində keçirilən şahmat üzrə komandalar arasında Avropa çempionatını ikinci pillədə başa vurmaqla gümüş medala layiq görülmüş Azərbaycan k...

25 İdman 23:23 15 oktyabr 2025

Son xəbərlər