Azərbaycanın gənc cüdoçusu dünya çempionu olub

05
okt
2023
19:57
Azərbaycan cüdoçusu Vüsal Qələndərzadə Portuqaliyanın Odivelas şəhərində keçirilən gənclərin dünya çempionatında qızıl medal qazanıb.
"Report"un məlumatına görə, 73 kq çəki dərəcəsində mübarizə aparan idmançı finalda ABŞ təmsilçisi Cek Yonezukaya qalib gəlib.
Bu gün tatamiyə çıxan Süleyman Əliyev (73) və Fidan Əlizadə (57 kq) əvvəlki raundlarda uduzublar.
Qeyd edək ki, daha əvvəl Nizami İmranov (60 kq) gümüş medal əldə edib.

Oxşar xəbərlər
Dünya çempionatı: Azərbaycanın daha bir cüdoçusu bürünc medal qazanıb - YENİLƏNİB
Azərbaycanın daha bir yeniyetmə cüdoçusu Ramazan Əhmədov Xorvatiyada keçirilən dünya çempionatında bürünc medal qazanıb "Report"un Zaqrebə ezam olunmuş əməkdaşı...