Azərbaycanın gənc cüdoçularından tarixi nəticə - FOTO

Azərbaycanın gənc cüdoçularından tarixi nəticə - FOTO
Foto
İdman 397
Qazaxıstanın Almatı şəhərində yeniyetmə cüdoçular arasında keçirilən dünya birinciliyinin son günü Azərbaycan üçün əlamətdar olub.BAKU.WS xəbər verir ki, millimiz tarixdə ilk dəfə olaraq dünya birinciliyinin komanda yarışlarının gümüş medalını qazanıb.1/8 finalda Tayvan, 1/4 finalda isə Avstraliya yığmalarına inamla qalib gələn cüdoçularımız yarımfinalda Rusiya millisi ilə qarşılaşıb. Dramatik keçən görüşdə güclü rəqibini 4:3 hesabı ilə məğlub edən (48 kq-da Səbinə Əliyeva Darya Zaxarovanı məğlub edib - S.M.) Azərbaycan komandası tarixində ilk dəfə olaraq finala çıxıb. Həlledici qarşılaşmada Yaponiya cüdoçularına 1:4 hesabıyla uduzan yeniyetmələrdən ibarət milli komandamız dünya birinciliyində II yeri tutub.Qeyd edək ki, fərdi yarışlarda cüdoçularımız dünya çempionatının bir gümüş və bir bürünc medal qazanmışdı.

Oxşar xəbərlər

Güləşçimiz gümüş medal qazandı

Güləşçimiz gümüş medal qazandı

Estoniyanın paytaxtı Tallində gənc güləşçilər arasında dünya çempionatı davam edir.Beşinci yarış günündə 55, 63, 77, 87 və 130 kq-da çıxış edən yunan-Roma güləş...

483 İdman 11:42 18 avqust 2019

Son xəbərlər