Azərbaycanın 2 boksçusu Avropa birinciliyində medal qazanıb

12
avq
2019
13:45
Gürcüstanın paytaxtı Tbilisidə məktəblilərinin boks üzrə Avropa birinciliyi keçirilib. BAKU.WS "report"a istinadən xəbər verir ki, yarışda iştirak edən Azərbaycan millisi 1 qızıl və 1 gümüş medal qazanıb.Vaqif Kazımovun rəhbərlik etdiyi yığmada Məhəmmədəli Qasımzadə çempion tituluna yiyələnib. 43 kq çəki dərəcəsində qüvvəsini sınayan boksçumuz finaladək Polşa və Gürcüstan idmançısına qalib gəlib.Astara məktəblisi həlledici görüşdə Şotlandiya təmsilçisindən güclü olub.Digər milli üzvü Məhəmmədəli Aşırəliyev (44,5 kq) Avropa birinciliyinə şotlandiyalı üzərində qələbə ilə başlayıb.O, ardınca ukraynalı və belaruslu rəqibini də məğlub edərək finala yüksəlib. Lakin həlledici qarşılaşmada gürcüstanlı idmançı qalib gəldiyindən M. Aşırəliyev gümüş medalla kifayətlənib.
Oxşar xəbərlər
EYOF: Güləşçilərimiz 2 qızıl, 3 gümüş və 1 bürünc medal qazanıb - YENİLƏNİB
Azərbaycanın sərbəst güləşçisi Sabir Cəfərov "Bakı 2019" Avropa Gənclər Yay Olimpiya Festivalında (EYOF) final görüşünü keçirib.60 kq çəki dərəcəsində mübarizə...
