Azərbaycanın FIFA referisi UEFA Avropa Liqasının oyununa təyinat alıb
Azərbaycanın FIFA referisi Elçin Məsiyev UEFA Avropa Liqasının oyununa təyinat alıb.
BAKU.WS xəbər verir ki, Məsiyev UEFA Avropa Liqasının əsas mərhələsinin VI turu çərçivəsində keçiriləcək "Frayburq" (Almaniya) - "Zalsburq" (Avstriya) qarşılaşmasının baş hakimi olacaq.
Ona Elşad Abdullayev və Pərvin Talıbov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Əliyar Ağayev yerinə yetirəcək. İngiltərəli Styuart Ettuell VAR, niderlandlı Pol van Boekel isə AVAR kimi fəaliyyət göstərəcəklər.
Qeyd edək ki, "Frayburq" - "Zalsburq" oyunu dekabrın 12-də Frayburq şəhərində yerləşən "Volfsvinkel" stadionunda keçiriləcək.
Oxşar xəbərlər
Mayk Menyan Şahruddinə xüsusi hədiyyə göndərib
"Milan"ın və Fransa millisinin qapıçısı Mayk Menyan "Qarabağ"ın və Azərbaycan yığmasının üzvü Şahruddin Məhəmmədəliyevə formasını göndərib. BAKU.WS xəbər verir...