Azərbaycanın daha bir pauerliftinqçisi dünya çempionu olub
22
avq
2023
18:20
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Pauerliftinq üzrə Azərbaycan millisinin daha bir üzvü Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən dünya çempionatının qalibi olub.
Milli Paralimpiya Komitəsindən “Report”a verilən məlumata görə, bu dəfə Zəhra Dadaşova 2 qızıl medal qazanıb.
İdmançı +55 kq çəki dərəcəsində gənclərin yarışında ən yaxşı nəticəyə (78 kq) və ümumi çəkiyə görə (223 kq) buna nail olub.
Qeyd edək ki, daha əvvəl Leyla Kərimova (+86 kq) 2 qızıl, Talıb Zeynalov (+107 kq) isə 2 gümüş medal qazanıb.
Oxşar xəbərlər
Vəzifədə olan məşhur idmançılar... - SİYAHI
Azərbaycan dövləti beyxənxalq yarışlarda üçrəngli bayrağımızı qaldıran idmançılara hər zaman yüksək dəyər verib və onlar mükafatlandırılmaqla yanaşı, müəyyən st...