Azərbaycanın boks millisi Bakıdakı beynəlxalq turnirdə birinci yeri tutub
Azərbaycanın boks üzrə milli komandası Bakıda təşkil olunan "Böyük İpək Yolu" beynəlxalq turnirində komanda hesabında birinci yeri tutub.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, yığma 8 qızıl, 3 gümüş və 7 bürünc medalla yarışın kubokuna yiyələnib.
Turnirdə qadınların yarışında ən yaxşı boksçu Zeynəb Rəhimova (Azərbaycan), kişilərdə Vsevolod Şumkov (Rusiya) seçilib. Şahboz Yunusaliyev (Özbəkistan) ən əzmkar boksçu, Zaal Cavaxadze (Gürcüstan) ən yaxşı hakim adına layiq görülüb.
Qeyd edək ki, təmsilçilərimizdən Zeynəb Rəhimova (52 kq), Aynur Rzayeva (+81 kq), Sübhan Məmmədov (48 kq), Nicat Hüseynov (51 kq), Məhəmmədəli Qasımzadə (60 kq), Nəbi İsgəndərov (67 kq), Seyidcəmşid Cəfərov (75 kq) və Alfonso Dominges (92 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.
Marjona Savriyeva (50 kq), Murad Allahverdiyev (80 kq) və Məhəmməd Abdullayev (+92 kq) gümüş medal qazanıblar.
Şamil Əsgərov, Tağı Nəsibov (hər ikisi 60 kq), Ruslan Rüstəmov (63,5 kq), Məmməd Quliyev (86 kq), Anaxanım İsmayılova (48 kq), Bəhriyyə İbrahimova (54 kq) və Aynur Mikayılova (57 kq) üçüncü yeri tutublar.
Oxşar xəbərlər
Messi taxtını qoruyacaq, yoxsa Ronaldu arzularına çatacaq? - Tarixi turnirə geri sayım başladı
Futbol dünyası növbəti böyük bayrama hazırlaşır. Planetin ən populyar idman növünün zirvə yarışı hesab edilən dünya çempionatı tarixdə ilk dəfə üç ölkənin - ABŞ...