Azərbaycanda keçmiş futbolçu danışılmış oyunlara görə cəzalandırıldı
Yeniliklərdən dərhal xəbərdar olun
AFFA İntizam Komitəsi (İK) "Sumqayıt", "Turan Tovuz" və "Zaqatala" klublarının sabiq futbolçusu Yasin Abbasovu cəzalandırıb.
BAKU.WS-in məlumatına görə, milli assosiasiyanın nəzdində fəaliyyət göstərən danışılmış oyunlarla bağlı xüsusi komissiyanın və ekspertlərin apardığı araşdırma, komissiyanın və ekspertlərin rəyi nəzərə alınmaqla danışılmış oyunlarda iştirakı təsdiq edildiyi üçün keçmiş hücumçu və məşqçiyə futbola aid hər bir məşğuliyyət ömürlük qadağan olunub.
Danışılmış oyunlarla əlaqədar hüquq-mühafizə orqanları tərəfindən müvafiq qaydada araşdırma davam etdiyi üçün İntizam Komitəsi tərəfindən növbəti qərarlar qəbul oluna bilər.
Barəsində sanksiya qərarı qəbul olunmuş şəxsin Apellyasiya Arbitraj Tribunalına müraciət etmək hüququ var.
Oxşar xəbərlər
Azərbaycan çempionatı və kuboku bu qaydalarla keçiriləcək - RƏSMƏN TƏSDİQLƏNDİ
Koronavirus pandemiyası səbəbindən martda dayandırılan 2019/20 mövsümünün Əsasnaməsinə əlavələr edilib. BAKU.WS xəbər verir ki, dəyişikliklər Peşəkar Futbol Liq...