Azərbaycanda işıq dirəyi aşan stadionda oyunlar günorta keçiriləcək
Yeniliklərdən dərhal xəbərdar olun
“Turan Tovuz” Azərbaycan Premyer Liqasında ev oyunlarını günorta saatlarında keçirəcək.
Bu barədə BAKU.WS-ə klubun mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, çempionatın XVIII turunda “Araz-Naxçıvan”la oyun zamanı aşan işıqlandırma sistemi hələ düzəldilməyib. Problem həllini tapana qədər tovuzlular ev matçlarını günorta saatlarında keçirməli olacaqlar.
Klub qırılan projektorla bağlı da heç bir addım atmayıb, hazırda gözləmə mövqeyi tutur. Rəhbərlik bunun üçün aidiyyəti qurumlardan yekun rəy gözləyir.
Qeyd edək ki, ötən il dekabrın 23-də keçirilən “Turan Tovuz” – “Araz-Naxçıvan” qarşılaşmasının gedişində Tovuz şəhər stadionunda işıq dirəklərindən biri aşıb. Bu səbəbdən matçın qalan dəqiqələri ertəsi gün oynanılıb.
Oxşar xəbərlər
Fərrux Mahmudov: “Neftçi”ni layiq olduğu yerə gətirməyi düşünürük, qazanc əldə etməyi yox” - MÜSAHİBƏ + FOTO
“Uzunmüddətli planımız odur ki, “Flaqman” adı “Neftçi”yə qayıtsın. 1937-ci ildə yaradılan klubdur. Flaqman bu olmalıdır. Ayrı klubu flaqman kimi görmürəm”. BAKU...