Azərbaycanda dövlət qurumunun fəhləsi dünya çempionu oldu

Azərbaycanda dövlət qurumunun fəhləsi dünya çempionu oldu
İdman 466

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) əməkdaşı dünya çempionatında birinci olub.

Agentlikdən BAKU.WS-ə verilən məlumata görə, Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində 4-8 dekabr tarixlərində keçirilən “World Raw Powerlifting” dünya çempionatında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində fəhlə vəzifəsində çalışan Nicat Xosrovzadə birinci yerə layiq görülüb.

Nicat Xosrovzadə 125 kq çəki dərəcəsində 360 kq ağırlığı qaldıraraq birinciliyi əldə edib və bayrağımızı dalğalandırıb.

AAYDA-nin rəhbərliyi və kollektivi adından əməkdaşımızı qələbə münasibəti ilə təbrik edir, ona gələcək idmançı karyerasında uğurlar arzu edirik!

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Orta məktəb müəllimi İtaliyada dünya çempionu oldu - FOTO

Orta məktəb müəllimi İtaliyada dünya çempionu oldu - FOTO

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin müəllim və şagirdlərinin müxtəlif beynəlxalq yarışlardakı uğurlar...

569 İdman 16:12 05 dekabr 2019

Son xəbərlər