Azərbaycanda daha bir futbol klubu dağıldı
22
iyl
2019
23:30
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanda daha bir futbol klubu fəaliyyətini dayandırıb.BAKU.WS “Qafqazinfo”ya istinadən xəbər verir ki, söhbət Bakının “Şüvəlan” klubundan gedir.Ötən mövsümü birinci divizionda keçirən bakılılar mailiyyə problemi səbəbindən fəaliyyətini dayandırmaq məcburiyyətində qalıb. Məlumatı saytımıza açıqlamasında “Şüvəlan”ın icraçı direktoru Səyid Babayev də təsdiqləyib. O, futbolçulara azad agent statusu verildiyini bildirib. Klub rəsmisi bununla bağlı sabah bəyanat yayacaqlarını qeyd edib.Qeyd edək ki, sözügedən klub əvvəllər Premyer Liqada AZAL adı ilə çıxış edib. Komandanın adı 2017-ci ildə “Şüvəlan” olaraq dəyişdirilib.Onu da qeyd edək ki, qəsəbə təmsilçisinə sponsorluğu “Silk Way” edirdi.
Oxşar xəbərlər
Azərbaycanın bəzi futbol klubları avrokuboklarda iştirakdan imtina edib
Azərbaycan Premyer Liqasında çıxış edən bütün klublar 2018/2019 mövsümündə də yüksək dəstədə mübariz aparmaq üçün AFFA-nın Lisenziyalaşdırma Qrupuna müraciət ed...