Azərbaycan və Türkiyənin milliləri arasında yoldaşlıq oyunu keçiriləcək

Azərbaycan və Türkiyənin milliləri arasında yoldaşlıq oyunu keçiriləcək
İdman 575

Azərbaycan və Türkiyənin futbol üzrə milli komandaları yoldaşlıq görüşü keçirəcək.

BAKU.WS xəbər verir ki, bu barədə Türkiyə millisinin baş məşqçisi Şenol Günəş "TRT Spor"a danışıb.

Yığmalar arasında matç gələn il mayın 26-da baş tutacaq. Qarşılaşmanın Antalyada keçirilməsi razılaşdırılıb.

Qeyd edək ki, Türkiyə yığması Azərbaycandan başqa iyunun 1-də Xorvatiya, iyunun 4-də isə İrlandiya ilə qarşılaşacaq.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər