Azərbaycan Qran-prisində sıralama turu başladı
Yeniliklərdən dərhal xəbərdar olun
"Formula 1" üzrə Azərbaycan Qran-prisində sıralama turuna start verilib.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, yarış 17:00-dək davam edəcək.
Günün birinci yarısında "Alpha Tauri"nin sürücüsü Pyer Qasli bütün rəqiblərini qabaqlayaraq üçüncü sərbəst yürüşü ilk sırada bitirib. İyunun 4-də "Red Bull" pilotu Maks Ferstappen birinci, həmin komandanın digər üzvü Serxio Peres ikinci sərbəst yürüşdə lider olub.
Saat 17:40-da isə "Formula 2"də ikinci sprint yarışı gerçəkləşəcək.
Qeyd edək ki, Azərbaycan Qran-prisi iyunun 6-da başa çatacaq. Həmin gün ilk olaraq "Formula-2"də yekun mərhələ baş tutacaq. Ardınca pilotların paradı, açılış mərasimi gerçəkləşəcək və Azərbaycan Respublikasının Dövlət Himni səslənəcək. Saat 16:00-da "Formula 1"də əsas yarış başlayacaq və yekunda qalib müəyyənləşəcək.
Oxşar xəbərlər
Bakı Qran-prisində III sərbəst yürüşün qalibi bilindi - FOTO
"Formula 1" üzrə Azərbaycan Qran-prisində üçüncü sərbəst yürüş başa çatıb. BAKU.WS "Report"a istinadən xəbər verir ki, "Alpha Tauri"nin sürücüsü Pyer Qasli bütü...