Bakı Qran-prisində III sərbəst yürüşün qalibi bilindi - FOTO

Bakı Qran-prisində III sərbəst yürüşün qalibi bilindi - FOTO
Foto
İdman 100

"Formula 1" üzrə Azərbaycan Qran-prisində üçüncü sərbəst yürüş başa çatıb.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, "Alpha Tauri"nin sürücüsü Pyer Qasli bütün rəqiblərini qabaqlayaraq birinci olub.

"Red Bull" pilotu Serxio Peres ikinci, "Mercedes"də çıxış edən 7 qat dünya çempionu Lüis Hemilton isə üçüncü olub.

Saat 16:00-da sıralama turu olacaq. Saat 17:40-da isə "Formula 2"də ikinci sprint yarışı gerçəkləşəcək.

Qeyd edək ki, Azərbaycan Qran-prisi iyunun 6-da başa çatacaq. Həmin gün ilk olaraq "Formula-2"də yekun yarış baş tutacaq. Ardınca pilotların paradı, açılış mərasimi gerçəkləşəcək və Azərbaycan Respublikasının Dövlət Himni səslənəcək. Saat 16:00-da "Formula 1"də əsas yarış başlayacaq və yekunda qalib müəyyənləşəcək.

Oxşar xəbərlər

Bu gün Azərbaycan Qran-prisi başlayır

Bu gün Azərbaycan Qran-prisi başlayır

Bu gün "Formula 1" üzrə Azərbaycan Qran-prisinə start veriləcək. BAKU.WS "Report"a istinadən xəbər verir ki, sayca beşinci dəfə təşkil olunacaq yarışın birinci...

345 İdman 08:01 04 iyun 2021

Son xəbərlər