Azərbaycan Premyer Liqasının XXXII turunda "Zirə" "Kəpəz"i məğlub edib
26
apr
2025
21:08
Misli Premyer Liqasının XXXII turunda "Zirə" səfərdə "Kəpəz"i məğlub edib.
BAKU.WS report-a istinadən xəbər verir ki, Tovuz şəhər stadionunda baş tutan qarşılaşma Bakı klubunun 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Rəşad Sadıqovun komandasından qolu 64-cü dəqiqədə Salifu Suma vurub.
Artıq ilk "üçlük"dəki yerini təmin etmiş "Zirə" bu nəticədən sonra 64 xalla ikinci pillədə qərarlaşıb. 9-cu yerdə olan Gəncə klubunun isə 28 xalı var.
Qeyd edək ki, turun daha əvvəl baş tutan "Turan Tovuz" - "Şamaxı" matçı 1:1 hesablı bərabərliklə bitib. Tura aprelin 28-də yekun vurulacaq.
Oxşar xəbərlər
Kriştiano Ronaldo: "İnşallah, 1000 qola çatmaq istəyirəm"
Məşhur futbolçu Kriştiano Ronaldo ötən gecə "Şərqdə ilin futbolçusu" mükafatını qazanıb. BAKU.WS xəbər verir ki, o, təqdimat zamanı çıxışında hədəfinin 1000 qol...