Azərbaycan Premyer Liqasında bu gün iki oyun keçiriləcək

Misli Premyer Liqasının XXV turu çərçivəsində bu gün iki matç keçiriləcək.
BAKU.WS xəbər verir ki, ilk oyun 4 mart tarixində saat 17:30-da Tovuz şəhər stadionunda baş tutacaq. "Turan Tovuz" ev sahibi kimi "Zirə"ni qəbul edəcək.
İkinci matç isə "Bank Respublika Arena"da saat 19:30-da keçiriləcək. Bu oyunda Bakı klubu "Sabah", Araz-Naxçıvanı qonaq kimi qarşılayacaq.
Misli Premyer Liqası
III dövrə, XXV tur
4 mart
17:30. "Turan Tovuz" – "Zirə"
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Fərid Hacıyev.
VAR: Nicat İsmayıllı.
AVAR: Vüsal Məmmədov.
Hakim-inspektor: Orxan Məmmədov.
AFFA nümayəndəsi: Anar Şixəliyev.
Tovuz şəhər stadionu
19:30. "Sabah" – "Araz-Naxçıvan"
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Zöhrab Abbasov, Kamranbəy Rəhimov.
VAR: Tural Qurbanov.
AVAR: Kamran Bayramov.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Nəriman Axundov.
"Bank Respublika Arena"
Qeyd edək ki, ötən gün "Şamaxı" səfərdə "Səbail"i, "Qarabağ" isə "Sumqayıt"ı 2:0 hesabı ilə məğlub edib. Tura martın 5-də keçiriləcək "Kəpəz" - "Neftçi" matçı ilə yekun vurulacaq.

Oxşar xəbərlər
"Neftçi"nin futbolçusu əməliyyat olunub
"Neftçi"nin çiynindən zədə almış futbolçusu Emil Səfərov əməliyyat olunub. BAKU.WS xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Futbolçuda ba...