Azərbaycan Premyer Liqası: "Sumqayıt" qələbə qazandı
Yeniliklərdən dərhal xəbərdar olun
Futbol üzrə Azərbaycan Premyer Liqasında II turun daha bir oyunu keçirilib.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, günün ikinci matçında "Sumqayıt" "Sabah"ı qəbul edib.
"Kapital Bank Arena"da keçirilmiş qarşılaşma "gənclik şəhəri" təmsilçisinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. 32-ci dəqiqədə Azərbaycan millisinin hücumçusu Əli Qurbani hesabı açıb. 78-ci dəqiqədə isə Tellur Mütəllimov fərqlənib.
İki turdan sonra maksimum nəticə göstərən "Sumqayıt" xallarının sayını 6-a çatdırıb və liderliyini qoruyub. Hər iki görüşdə məğlub olan "Sabah" 7-8-ci yerləri bölüşdürür.
Qeyd edək ki, günün ilk oyununda "Qəbələ" evdə "Keşlə"ni 2:1 hesabı ilə üstələyib. Tura avqustun 22-də keçiriləcək "Zirə" - "Neftçi" və "Qarabağ" - "Səbail" matçları ilə yekun vurulacaq.
Oxşar xəbərlər
Azərbaycan Premyer Liqası: "Qəbələ" "Keşlə"yə qalib gəldi
Futbol üzrə Azərbaycan Premyer Liqasında II tura start verilib. BAKU.WS "Report"a istinadən xəbər verir ki, açılış oyununda "Qəbələ" komandası "Keşlə"ni qəbul e...