Azərbaycan millisi Haitiyə məğlub olub
Futbol üzrə Azərbaycan millisi yoldaşlıq görüşündə Haiti yığmasına məğlub olub.
BAKU.WS report-a istinadən xəbər verir ki, rəqibini Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda qəbul edən yığma 2025-ci ildəki ilk oyununda 0:3 hesabı ilə uduzub.
Rəqibin heyətində Frantsdi Pyerro (9, 63) dubl müəllifi olub. Digər qolu isə Jan Jak (83) aktivinə yazdırıb.
Millimizin heyətində 84-cü dəqiqədə Elvin Cəfərquliyev qırmızı vərəqə alaraq meydandan qovulub.
Qeyd edək ki, Fernandu Santuşun rəhbərlik etdiyi kollektiv üç gün sonra "Bank Respublika Arena"da Belarus seçməsini sınağa çəkəcək.
*** 23:26
Yoxlama oyununda üz-üzə gələn Azərbaycan və Haiti millilərinin duelində üçüncü qol vurulub.
BAKU.WS report-a istinadən xəbər verir ki, Sumqayıtdakı Mehdi Hüseynzadə adına şəhər stadionunda qonaqlar hesabı 3:0 hesabı ilə öndədirlər.
83-cü dəqiqədə Jan Jak dəqiq zərbə müəllifi olub.
*** 23:06
Yoxlama oyununda üz-üzə gələn Azərbaycan və Haiti millilərinin duelində ikinci qol vurulub.
BAKU.WS report-a istinadən xəbər verir ki, Sumqayıtdakı Mehdi Hüseynzadə adına şəhər stadionunda qonaqlar hesabı 2:0 hesabı ilə öndədirlər.
63-cü dəqiqədə Frantsdi Pyerro dubl müəllifi olub.
22:48
*** 22:48
Yoxlama oyununda üz-üzə gələn Azərbaycan və Haiti millilərinin duelində ikinci hissə başlayıb.
BAKU.WS report-a istinadən xəbər verir ki, Sumqayıtdakı Mehdi Hüseynzadə adına şəhər stadionunda qonaqlar 1:0 hesabı ilə öndədirlər.
9-cu dəqiqədə Pier adını tabloya yazdırıb.
*** 22:32
Yoxlama oyununda üz-üzə gələn Azərbaycan və Haiti millilərinin duelində ilk hissə başa çatıb.
BAKU.WS report-a istinadən xəbər verir ki, Sumqayıtdakı Mehdi Hüseynzadə adına şəhər stadionunda qonaqlar 1:0 hesabı ilə öndədirlər.
9-cu dəqiqədə Pier adını tabloya yazdırıb.
*** 21:55
Yoxlama oyununda üz-üzə gələn Azərbaycan və Haiti millilərinin duelində hesab açılıb.
BAKU.WS report-a istinadən xəbər verir ki, Sumqayıtdakı Mehdi Hüseynzadə adına şəhər stadionunda qonaqlar hesabda irəli çıxıblar.
9-cu dəqiqədə Pier adını tabloya yazdırıb.
*** 21:50
Futbol üzrə Azərbaycan milli komandası yoxlama oyununda Haiti ilə qarşılaşır.
BAKU.WS report-a istinadən xəbər verir ki, görüş Sumqayıtdakı Mehdi Hüseynzadə adına şəhər stadionunda keçirilir.
Matçı Türkiyəli baş hakim Kadir Sağlam idarə edir.
*** 21:01
Yoxlama oyununda qarşılaşacaq Azərbaycan və Haiti yığmalarının start heyətləri açıqlanıb.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, Sumqayıtdakı Mehdi Hüseynzadə adına şəhər stadionunda keçiriləcək görüş saat 21:45-də başlayacaq.
Komandalar meydana aşağıdakı heyətlə çıxacaqlar:
Azərbaycan: Şahruddin Məhəmmədəliyev, Rahil Məmmədov, Bəhlul Mustafazadə, Bədavi Hüseynov, Elvin Cəfərquliyev, Aleksey İsayev, Ozan Can Kökcü, Coşqun Diniyev, Nəriman Axundzadə, Mahir Emreli, Toral Bayramov;
Haiti: Pyerr, Eksperiens, Ade, Düvern, Arkus, Jan-Yaskes, Pyerr, Attis, Pyerro, Don Dedson, Nazon.
*** 09:40
Bu gün futbol üzrə Azərbaycan milli komandası yoldaşlıq görüşündə Haiti yığması ilə qarşılaşacaq.
BAKU.WS report-a istinadən xəbər verir ki, rəqibini Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda qəbul edəcək yığma 2025-ci ildəki ilk oyununda qələbə qazanmaq niyyətindədir.
Qarşılaşmanı Kadir Sağlamın başçılıq etdiyi türkiyəli hakimlər briqadası idarə edəcək. Dördüncü hakim funksiyasını isə Fərid Hacıyev yerinə yetirəcək.
Matç saat 21:45-də start götürəcək.
Qeyd edək ki, Fernandu Santuşun rəhbərlik etdiyi kollektiv üç gün sonra "Bank Respublika Arena"da Belarus millisini sınağa çəkəcək.
22 mart
21:45 Azərbaycan – Haiti
Baş hakim: Kadir Sağlam
Baş hakimin köməkçiləri: Deniz Caner Ozaral, Anıl Usta
Dördüncü hakim: Fərid Hacıyev
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu.
Oxşar xəbərlər
İkardi "Milan"a keçə bilər
"Qalatasaray"ın hücumçusu Mauro İkardi karyerasını İtaliyanın "Milan" klubunda davam etdirə bilər. BAKU.WS xəbər verir ki, bu barədə insayder Matteo Moretto sos...