Azərbaycan - Lüksemburq görüşünü qadın hakim idarə edəcək
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət millisinin Avropa çempionatının seçmə mərhələsində Lüksemburqla keçirəcəyi oyuna hakim təyinatları açıqlanıb.
BAKU.WS AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Eş-syur Alzett şəhərindəki "Emil Mayriş" stadionunda oynanılacaq görüşü İsveçrədən olan hakimlər briqadası idarə edəcək.
Matçın baş hakimi Dezire Qrundbakerdir. Qadın referiyə Mattias Sbrissa və Giyom Mer kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Anozhen Kanaqasinqam yerinə yetirəcək.
Qeyd edək ki, qarşılaşma sentyabrın 6-da Bakı vaxtı ilə saat 21:30-da baş tutacaq.
Oxşar xəbərlər
Azərbaycan millisi Bakıda təşkil olunan U-15 dünya çempionatında növbəti matçını keçirib
Azərbaycan millisi Bakıda təşkil olunan U-15 dünya çempionatı və festivalında növbəti matçını keçirib. BAKU.WS report-a istinadən xəbər verir ki, Famil Xəlilovu...